Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azay Quliyev: Ramil Səfərov məsələsini birdəfəlik bağlayın
26.09.12 17:32

Millət vəkili Azay Quliyev Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələrə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, A.Quliyev bu mövzudakı müzakirələrdən ciddi narahat olduğunu dilə gətirib. O, Ramil Səfərovun həbs olunduğu gündən indiyə kimi onun hüquqlarını müdafiə edən şəxslərdən biri kimi yox, adi bir vətəndaş olaraq fikir bildirdiyini qeyd edib: “Son günlər Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələr məni çox ciddi narahat edir və üzür. Görün biz nəyi müzakirə edirik? Kim Ramilin azad olunması üçün nə qədər iş görüb? Kim Ramilin ailəsinə nə qədər yardım edib? Kim onunla neçə dəfə görüşüb? Kim nə bilim nə edib? Əksər beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Ramilin azad olunması faktından sui-istifadə edərək üstümüzə gəldiyi bir vaxtda görün biz nəyin davasını aparırıq? Ermənistan özünün dövlət qurumları, diasporu və ASALA terror təşkilatı ilə bizi təhdid edən zaman görün biz nəyin peşindəyik?” A.Quliyev qeyd edib ki, bu mənzərənin şahidi olmaq bir azərbaycanlı kimi onu çox üzür: “Ermənilərin Azərbaycan əleyhinə başladığı informasiya və şantaj müharibəsinin yeni bir mərhələyə keçdiyi bir vaxtda məncə bu kimi qovğalar əbəsdir. Daxilimizdəki enerjini bu cür mənasız müzakirələrə nə qədər çox sərf ediriksə, bir toplum olaraq Qarabağı özümüzdən o qədər də çox uzaqlaşdırırıq” – deyə qeyd edən A.Quliyev hamıdan rica edir ki, Ramil Səfərov məsələsi bir dəfəlik bağlansın və bu mövzunu bir daha istismar etməsinlər: “Prezidentimizin iradəsi və cəsarəti sayəsində haqq və ədalət bərpa olundu və zabitimiz vətənə döndü. Hamımız istəyimizə nail olduq. Bu məsələ artıq tarixə çevrildi. Kimin bu işdə nə haqqı varsa qoy Ramilə onu halal etsin” - deyə A.Quliyev qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-6873.html