Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Misir Mərdanov təhsil müəssisələrinin qışa hazırlığından danışıb
21.09.12 14:38

“Azərbaycanda məktəblərin payız-qış mövsümünə hazırlığı ilə bağlı müvafiq addımlar atılır. Təhsil müəssisələrində istiliklə bağlı yaranan problemlər ildən-ilə azalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib.
Nazir qeyd edib ki, məktəblərin istilik problemlərinin həlli ilə bağlı müvafiq qurumlar tərəfindən iş aparılır. Onun sözlərinə görə, Azərbaycanda şəhərlər, rayonlar və kəndlərin qazlaşdırılmasına çox ciddi diqqət yetirilir: “Bu da o deməkdir ki, təhsil müəssisələrinin istilik sisteminin qazla işləməsi sahəsində də şərait yaxşılaşdırılır”.
URL / WWW
http://kelam.az/news/a-6851.html