Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » SAM əməkdaşı Vyanada keçirilən beynəlxalq konfransda iştirak edib
17.09.12 20:00

Vyanada Avstriyanın Enerji Nazirliyi tərəfində təşkil olunan 6-cı “Avropa qaz təchizatı və infrastruktur” adlı beynəlxalq konfrans keçirilib. Konfransda enerji sahəsində tanınmış ekspertlər, qaz şirkətlərinin rəhbərləri, Avropa enerji infrastrukturunun nümayəndələri, boru kəmər operatorları və b. iştirak ediblər. Tədbirdə əsasən Avropa bazarının qazla təchizat, təchizat və tələb təhlükəsizliyi məsələləri, həmçinin Cənub Qaz Dəhlizinə daxil olan layihələrin son inkişaf durumu müzakirə olunub. Azərbaycanı tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ekspert çıxışında “Cənub dəhlizi”nin inkişafı haqda danışaraq son hadisələri təhlil edib. O bildirib ki, Türkiyənin Türkmənistan qazının İran vasitəsilə öz daxili bazarına və həmçinin Avropa bazarlarına nəql etmək niyyəti Azərbaycanın bu layihədə maraqlarına təsir göstərəcək. G.Rzayeva qeyd edib, ki məhz bu səbəbdən Transxəzər boru xətti məsələsi tezliklə həll olunmalıdır. “Cənub dəhlizi”nin Avropaya nəql edəcək marşrutun seçilməsi qərarı tezliklə verilməzsə, İraq, Qatar, Şimali Afrika və yaxud Şərqi Aralıq dənizi qazı rəqabət təşkil edə və “Şahdəniz” qazı hədəfə aldığı Avropa bazarlarını tuta bilər.
URL / WWW
http://kelam.az/news/a-6825.html