Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirildi
09.02.10 23:20

Bu gün “Landmark” otelində “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, Təhsil Nazirliyi və “Mikrasoft” Azərbaycan şirkəti tərəfindən təşkil olunan tədbirdə çıxış edən nazir Misir Mərdanov bildirdi ki, ötən il Azərbaycan məktəblərində İKT-nin geniş tətbiqinə başlanılıb. İKT-nin təhsildə tətbiqi və onun genişləndirilməsinə böyük ehtiyacın olduğunu diqqətə çatdıran M.Mərdanov bildirdi ki, 2009-cu ildə Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən 500 məktəb geniş zolaqlı internetə qoşulub. Onun sözlərinə görə, cari ildə də eyni sayda, bəlkə də bir az artıq məktəbin geniş zolaqlı internetə qoşulması gözlənilir. M.Mərdanov tədbirdə 2010-cu ili “İKT-nin təhsil sistemində daha geniş tətbiqi” ili elan olunması təşəbbüsü ilə çıxış etdi və bildirdi ki, bu ideya müxtəlif təşkilatlar tərəfindən dəstəklənsə, Təhsil Nazirliyi layihəni koordinə edə bilər. Onun sözlərinə görə, “İKT-nin təhsil sistemində daha geniş tətbiqi” çərçivəsində müəllimlər arasında innovativ və digər müsabiqələr keçirmək olar. Tədbirdə Azərbaycan İnternet Formunun (AİF) rəhbəri Osman Gündüz iştirakçılara uşaqların intenetdə təhlükəsizliyi və digər mövzular haqqında məlumat verdi.
URL / WWW
http://kelam.az/news/a-682.html