Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Misir Mərdanov: “Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm”
10.09.12 20:08

“Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm. Ölkə başçısının rəhbərliyi altında aparılan təhsil islahatları göz qabağındadır. ” KƏLAMİNFO” xəbər verir ki, bu barədə danışan təhsil naziri Misir Mərdanov deyib ki, təhsil sahəsində görülən böyük işlərdən biri məktəb tikintisidir və bu il 160-dan çox məktəb tikilib, şagirdlərin istifadəsinə veriləcək. Nazir növbəti uğuru məktəblərdə İKT-nin tətbiq və bunun getdikcə genişlənməsində görür: “Müəllim və şagirdlərin İKT-dən istifadə bacarığı xeyli yüksəlib. 1200-dən çox məktəb geniş zolaqlı İKT şəbəkəsinə qoşulub. Azərbaycanın ümumtəhsil müəssislərində fəaliyyət göstərən 150 min müəllimin böyük əksəriyyəti İKT bacarığına yiyələnir”.Növbəti tədris ilinə isə çoxdan hazırlaşdıqlarını xatırladan M.Mərdanov deyib ki, qarşıda Azərbaycanın təhsil işçilərini, müəllimlər və valideynləri çoxsaylı yeniliklər gözləyir. Onun sözlərinə görə, yeniliklərdən biri bu ildən 5-ci siniflər üçün yeni kurrikulumların tətbiq edilməsi olacaq. Bu istiqamətdə həm müəllimlərin hazırlanması, həm də dərsliklərin məzmununda keyfiyyətin artırılması ilə bağlı çox ciddi işlər görülüb.
URL / WWW
http://kelam.az/news/a-6784.html