Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ali məktəblərə tələbə qəbulunda Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb
10.09.12 20:08

Ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, 2011/2012-ci tədris ilində də Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib. O bildirib ki, 2012-ci ildə Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 1 nəfər məzun maksimum - 700 bal toplayıb. Məzunların 17 min 858 nəfəri (attestat alanların 88,4%-i) ali məktəblərə sənəd verib və onlardan 9256 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 51,83%-i qəbul olunublar. Bu göstərici keçən illə müqayisədə 5, 2006-cı illə müqayisədə 17% artıb.
URL / WWW
http://kelam.az/news/a-6780.html