Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Neft-qazçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfrans keçirilir
06.09.12 20:06

Bu gün Bakıda “Neft-qazçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov konfransın əhəmiyyətindən danışıb. O qeyd edib ki, konfransda ABŞ, İngiltərə, Rusiya, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Türkiyə, Rumıniya da daxil olmaqla ümumilikdə 18 ölkədən 45 şirkət iştirak edir. Onun sözlərinə görə, iki gün davam edəcək beynəlxalq konfransda “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, “Neft, qaz və bitum yataqlarının işlənməsi və istismarı”, “Qaz anbarlarının işlənməsi və istismarı”, “Dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi”, “Neft və qaz quyularının qazılması və tamamlanması”, “Korroziyadan mühafizə” və “İstehsal proseslərinin avtomatlaşdırılması” bölmələrində müzakirələr keçiriləcək. Konfransda çıxış edən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakı neftinin tarixindən danışıb. O eyni zamanda müasir Azərbaycanda neft sənayesinin inkişafından və Azərbaycan dövlətinin uğurlu neft strategiyasından bəhs edib: “Bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan öz enerji təhlükəsizliyini uzun müddətə təmin edib. Eyni zamanda Azərbaycan qonşu Gürcüstan da daxil olmaqla, Türkiyənin, o cümlədən Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır”. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan indiyə qədər xarici şirkətlər tərəfindən ölkənin neft sektoruna 50 milyard dollar sərmayə qoyulub. Daha sonra mütəxəssislərin çıxışı ilə tədbir davam edib. Qeyd edək ki, konfrans sabah da davam edəcək.
URL / WWW
http://kelam.az/news/a-6762.html