Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ARDNŞ prezidenti: “Azərbaycan qazının Avropaya ixracı ilə bağlı əlverişli variantlar araşdırılır”
06.09.12 20:06

“Azərbaycan qazının Avropaya ixracı ilə bağlı əlverişli variantlar araşdırılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə AR Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, hazırda “Cənub enerji dəhlizi”nə dair Avropa İttifaqı ilə imzalanmış birgə Bəyannaməyə uyğun olaraq, təklif olunan marşrutlar, o cümlədən Transadriatik (TAP) və “Nabukko-West” qaz kəmərləri layihələri nəzərdən keçirilir. Azərbaycan və Türkiyə arasında TransAnadolu (TANAP) qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalandığını xatırladan R.Abdullayev bildirib ki, “Cənub enerji dəhlizi” layihəsinin əsasını təşkil edəcək TANAP-ın məqsədi Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etməkdir: “Kəmərin ilkin ötürüləcək gücü 16 mlrd. kubmetr həcmində planlaşdırılır, gələcəkdə bu göstərici artırıla da bilər”. R.Abdullayev AGRİ layihəsinin də gündəlikdə olduğunu deyib: “Son vaxtlar bu layihəyə bəzi ölkələr daha çox maraq göstərirlər, xüsusilə Ukrayna bu layihəyə qoşulmaq niyyətindədir”.
URL / WWW
http://kelam.az/news/a-6761.html