Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rasmussen koalisiya qüvvələrinə hücumlardan narahatdır
06.09.12 20:06

NATO-nun baş katibi Anders Foq Rasmussen Əfqanıstanda yerli hərbçilərin koalisiya qüvvələrinə qarşı hücumları və bunun son vaxtlar artmasından narahatdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, telefonla Əfqanıstan prezidenti Həmid Kərzayi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib. Əfqanıstanın Müdafiə Nazirliyi bu faktla bağlı aparılmış istintaq nəticəsində yüzlərlə Əfqanıstan əsgərinin həbs edildiyini və ya silahlı qüvvələrdən xaric olunduğunu bildirib. Təkcə bu il Əfqanıstanda törədilmiş bu cür hücumlar nəticəsində azı 45 xarici öldürülüb. Onların çoxu ABŞ vətəndaşıdır.
URL / WWW
http://kelam.az/news/a-6756.html