Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Liviyanın keçmiş kəşfiyyat naziri Tripoliyə verilib
06.09.12 20:06

Mavritaniya Liviyanın keçmiş kəşfiyyat naziri Abdul al-Senussini Liviyaya verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Mavritaniyanın kütləvi informasiya vasitələri xəbər verirlər. Keçmiş Liviya diktatoru Müəmmar Qəddafinin sağ əli hesab olunan Senussi 5 ay bundan əvvəl Mavritaniyada həbs olunub. O, Liviyada hakimiyyətdə olduğu dövrdə cinayət işlətməkdə ittiham olunur. Həmçinin Fransa ilə Beynəlxalq Cinayət Məhkəməsi onun verilməsini istəyirlər. O, Nigeriya üzərində Fransa təyyarəsinin vurulmasına görə 1989-cu ildə Fransada ömürlük həbsə məhkum edilib. Beynəlxalq Cinayət Məhkəməsi isə onu insanlığa qarşı cinayət işlətməkdə ittiham edir.
URL / WWW
http://kelam.az/news/a-6753.html