Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Çingiz Abdullayev: “Bəzi insanlar Azərbaycanın uğursuzluğuna sevinirlər”
06.09.12 20:06

Bu gün Azərbaycan Yazıçılar Birliyində birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsdən buraxılması ilə bağlı mətbuat konfransı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, Ç.Abdullayev bildirib ki, şairlər məxfi şəkildə saxlanılıb və İran tərəfi bu barədə susqunluq göstərib. Azərbaycan ictimaiyyəti, o cümlədən ziyalıların narahatlıqlarını bildirdiklərini xatırladan Ç.Abdullayev deyib ki, bu işdə Azərbaycan XİN qarşı tərəfə 5 dəfə nota verib. Ancaq notaya cavab gəlməyib və şairlərin niyə saxlanılması barədə məlumat verilməyib. Onun sözlərinə görə, ilk məlumat yayılıb ki, onlar casusluqda, sərhədi qanunsuz keçmək və narkotiklərin dövriyyəsində ittiham olunublar. Ancaq bu barədə İran tərəfindən heç bir rəsmi məlumat verilməyib. Dünyada 14 “Pen klub” tərəfindən İrana bu məsələ ilə bağlı müraciət olunduğunu diqqətə çatdıran Ç.Abdullayev onların müraciətlərinə Azərbaycanda bəzi politoloqlar və digər şəxslərin normal yanaşmadığını deyib. Ç.Abdullayev bildirib ki, həmin insanlar guya hesab edirdilər ki, belə müraciətlərin nəticəsi olmayacaq: “Belə insanlar Azərbaycanın uğursuzluğuna sevinirlər. Bu məsələ Ramil Səfərovun buraxılmasında, “Eurovision-2012”-də də özünü göstərdi. Dünyada ən hörmətli təşkilat yazıçılar birliyi və “Pen klub”lar olub. Hesab edirəm ki, bu hörmət belə də davam edəcək” - deyə Ç.Abdullayev qeyd edib. Hazırda şairlərin buraxıldığını vurğulayan Ç.Abdullayev onların bu gün ölkəyə gələcəklərini açıqlayıb. O, bu məsələ ilə bağlı mətbuat konfransından az əvvəl Azərbaycan XİN-lə danışdığını deyib. Bundan sonra Azərbaycan şairləri və yazıçılarının İrana səfəri zamanı hansısa qadağalara gəlincə, Ç.Abdullayev deyib ki, ölkəmizin hansısa ədibinin İrana getməsi ilə bağlı qadağan olacağını düşünmür. Onun sözlərinə görə, bu məsələdə ədiblər özləri düşünməlidirlər. Hər iki şairin 4 ay əsassız saxlanılması ilə bağlı İran tərəfindən təzminat tələb edib-etməyəcəyinə münasibət bildirən Ç.Abdullayev qeyd edib ki, bu barədə hansısa müzakirələr olmayıb.
URL / WWW
http://kelam.az/news/a-6751.html