Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-də litvalı gənclərlə görüş olub
01.09.12 15:57

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın gənclər təşkilatlarının liderləri və media nümayəndələri ilə görüşü keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi” çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti, probleminin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, münaqişənin beynəlxalq-hüquqi aspektləri və s. məsələləri litvalı qonaqların diqqətinə çatdırıb. Görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analitik şöbənin müdiri Elçin Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin beynəlxalq qurumlarla iş üzrə eksperti Aynur Fərmanova iştirak ediblər. Görüşdə, həmçinin Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın müxtəlif media qurumları və müvafiq orqanları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə Litva Sosial Demokratlar Gənclər Təşkilatının sədri Yuras Pozelas, Yonava şəhərinin meri Mindaugas Sinkevicius, Şəhər Şurasının üzvü Darius Sucavius, eləcə də “Elta” və “Mamac” agentliklərinin müxbirləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/news/a-6712.html