Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Etibar Əliyev: Universitetlərdə ödənişsiz təhsilin tətbiqinə Azərbaycanın da imkanı var
31.08.12 15:35

Azərbaycanın ali təhsil müəssisələrində ödənişlərin ləğv edilməsi gözlənilmir, hətta buna doğru addımlar da yoxdur. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, təhsil üzrə ekspert Etibar Əliyev deyib. E.Əliyevin sözlərinə görə, ödənişli təhsil tətbiq ediləndən bəri hətta tələbə krediti verilməyib ki, imkanı olmayan bu kredit vasitəsilə ödənişini etsin. Ödənişlərin ləğvi ilə bağlı Türkiyənin qəbul etdiyi yeni qərara toxunan E.Əliyev bildirib ki, bu, bir növ Almaniya modelidir: “Uzun illərdir ki, Almaniyada təhsil pulsuzdur və bir çox tədqiqatçı və ekspert hesab edir ki, pulsuz təhsil daha çox effekt verir. Yəni dövlət təhsili öz “qanadları” altına alır. Həmçinin universitetlər də tədqiqatlar, təsərrüfatlar, qrant layihələrindən gəlirlər gətirirlər”. E.Əliyev hesab edir ki, bu modelin Azərbaycanda tətbiq edilməsi gözlənilməsə də, ancaq ölkəmizdə buna imkan var. Onun sözlərinə görə, Azərbaycanın belə modeli tətbiq etməsi MDB məkanı üzrə ilk yenilik olar. Buna Azərbaycanın imkanının olduğunu önə çəkən E.Əiyev bildirib ki, MDB məkanında bu modelin tətbiqinə Qazaxıstan çalışır: “Ümumiyyətlə, imkanı olan dövlətlər əhalinin gəlirlərinə uyğun olaraq təhsil güzəştləri etməlidirlər. Əgər orta əmək haqqı təhsil haqlarını ödəməyə imkan vermirsə, o zaman ödənişlər ləğv olunmalıdır. Universitetlərdə təhsil haqlarının yüksəkliyinə də toxunan E.Əliyev bildirib ki, ali təhsil ocaqları təhsil haqlarını heç nəyi nəzərə almadan müəyyənləşdirirlər: ”Ödənişlərin necə müəyyənləşdirilməsi məlum deyil. Burada təhsilin keyfiyyəti və digər vacib məqamlar nəzərə alınmadan ödənişlər müəyyənləşdirilir. Universitetlərin yataqxanası, kampusu yoxdur. Heç bir tələbə güzəştləri yoxdur. Xaricdən müəllim gətirmirlər. Belə olan halda onların təhsil haqlarını yüksəltməsi çoxsaylı suallar yaradır”. Qeyd edək ki, 2012-2013-cü tədris ilində Türkiyədə birinci təhsil və distant (məsafədən) təhsil alanlardan ödəniş alınmayacaq. Ödənişlər isə dövlət tərəfindən qarşılanacaq. Bununla bağlı Türkiyə hökuməti qərar qəbul edib. Ödənişlər ikinci təhsil alanlardan alınacaq.
URL / WWW
http://kelam.az/news/a-6700.html