Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AMEA Aşqarlar Kimyası İnstitutunun yaranmasının 45 ili tamam olur
04.02.10 19:36

Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun (AKİ) yaranmasının 45 ili tamam olur. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, AKİ 1965-ci ildə Kuybışev adına AZETNEİ-də və sonradan Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış laboratoriyanın əsasında yaradılıb. İnstitut yaradılarkən onun tərkibində aşqarlar kimyası sahəsində mühüm istiqamətləri əhatə edən 12 laboratoriya təşkil edilib. 1980-cı ildə AİK-nin təcrübi-texnoloji bazası əsasında “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro yaradılıb və indiyədək AKİ-nin nəzdində fəaliyyət göstərir. Hazırda institut 15 laboratoriya və 4 şöbədən ibarətdir. İnstitutda 229 əməkdaş çalışır. Onlaprdan 2 nəfəri akademik, 16-ı elmlər doktoru və 47-i isə elmlər namizədidir.
URL / WWW
http://kelam.az/news/a-670.html