Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fələstinin Azərbaycandakı səfiri ADU-da olub
29.08.12 22:10

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”a ADU-nun mətbuat xidmətindən veriblər. Rektor Səməd Seyidov yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib. S.Seyidov Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd edib. Rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırladan rektor ADU-da bu istiqamət üzrə artıq 10 tələbənin təhsil aldığını bildirib. Rektor səfiri Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində yenidən ADU-ya dəvət edib. Səfir ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. O, yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu da dilə gətirib.
URL / WWW
http://kelam.az/news/a-6687.html