Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin vaxtı müəyyən olunub
16.08.12 19:32

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. İxtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər. Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə http://www.netmoney.az/ (http://www.portmanat.az/) internet ünvanlarından əldə etmək olar. Virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər isə Azercell, Baksel və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar. Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb.
URL / WWW
http://kelam.az/news/a-6662.html