Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bahar Muradova: “Bu məsələ bizdə daha çox şişirdiləndə, ermənilər də daha çox istifadə edə bilir”
14.08.12 03:35

“Artıq ATƏT-in Minsk Qrupunun münaqişənin həlli üçün böyük imkanları var, lakin təəssüflər olsun ki, onlar bu imkanlardan istifadə etmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O xatırladıb ki, bu yaxınlarda bölgədə səfərdə olan ATƏT-in baş katibi də bəyan edib ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur: “O zaman necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə sən bunu etmisən demək istəməyəsən? Yəni bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur”. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin demokratiyanın inkişafından çox asılı olması barədə fikirlər qərəzlidir: “Münaqişə Azərbaycana və digər bölgə dövlətlərinin inkişafına təsir göstərir. Amma özümüzün daxildə siyasi mübarizənin bir çox vasitələri olduğu halda bu arqumenti qabardaraq ortaya qoymaq, Ermənistanın, erməni lobbisinin bu arqumentdən öz məqsədləri üçün istifadə etməsinə şərait yaradır. Bu məsələ bizdə daha çox şişirdiləndə, ermənilər də daha çox istifadə edə bilir. Odur ki, məsələnin bu cür qoyuluşu düzgün deyil. Əgər məsələyə yanaşsaq, Ermənistanda demokratiyanın vəziyyəti çox pisdir, insan hüquqları kobud surətdə pozulur. Eləcə də, digər aparıcı ölkələrdə də vətəndaşlara, miqrantlara, fərqli dinlərin daşıyıcılarına münasibətdə haqsızlıq var. Bu hallar Avropanın inkişaf etmiş ölkələrində daha çox baş verir. Heç kim digər Avropa dövlətlərində insan haqlarının pozulması ilə bağlı bu ölkələrlə əlaqələrin kəsilməsini tələb etmir. Amma bizə gələndə hər kəs əlində demokratiyanı bayraq edir və bütün problemləri bununla bağlamağa çalışırlar”.
URL / WWW
http://kelam.az/news/a-6644.html