Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Dövlət qulluqçuları üçün təlim keçirilib
08.08.12 21:27

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarının kadr qurumları və struktur bölmə rəhbərləri üçün “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib. Məlumatı “KƏLAMİNFO”a DQMK-dən veriblər. Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov təlimdə mövzu ilə bağlı təqdimatla çıxış edib, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin təşkili, qiymətləndirmə meyarları, xidməti fəaliyyətin qiymətləndirilməsi prosesində iştirak edən dövlət qulluqçularının hüquq və vəzifələri və digər məsələlər haqqında iştirakçılara məlumat verib. Mövzu ilə bağlı tədbir iştirakçıları ilə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
URL / WWW
http://kelam.az/news/a-6622.html