Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hollandiya kitabxanasında Azərbaycana aid kitablar yer alacaq
03.02.10 17:53

Hollandiyanın Maastrixt şəhər Kitabxanasında Azərbaycana həsr olunan kitablardan ibarət guşə yaradılıb. KƏLAMİNFO xəbər verir ki, kitablar Hollandiyada fəaliyyət göstərən Vahid, Bölünməz və Demokratik Azərbaycan Birliyi tərəfindən təqdim edilib.
Birlik artıq kitabxanaya 5 kitab verib. Yaxın zamanlarda isə Maastrixt Kitabxanasına Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların tarixin müxtəlif dönəmlərində erməni faşistləri tərəfindən qırılması ilə bağlı kitablar da təqdim ediləcək.
Bundan əlavə Azərbaycan haqqında olan xüsusi CD və DVD disklərin də hazırlanacağı və kitabxanada yer alacağı planlaşdırılıb.
URL / WWW
http://kelam.az/news/a-662.html