Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Şur”la başlanan 25 illik yol
08.08.12 21:27

Dövlət Muğam Teatrı 25 illiyini qeyd edəcək. Bu barədə “KƏLAMİNFO”a açıqlamasında sənət ocağının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Arif Qazıyev bildirib. Yubiley mərasimi oktyabr ayında keçiriləcək: “Təbdirə hazırlaşırıq. Əgər İçərişəhərdən köçürülməsəydik, yubileyimiz haqqında planlarım çox idi. Dünyanın bir çox ölkəsindən muğam ifaçılarını dəvət etmək və böyük bir proqram hazırlamaq fikrim var. Şərq ölkələrindən olan ifaçılar daxil olmaqla 7 muğamdan ibarət kompozisiya qurmaq istəyirəm. Məkan məsələmiz həll edildikdən sonra tədbir haqqında daha geniş informasiya verəcəyik”. Muğam Teatrının yaranma zərurətindən danışan Arif Qazıyev sənət ocağının 1987-ci ildən fəaliyyət göstərdiyini bildirib. 1967-ci ildə “Şur” muğam-filmini lentə alan Arif Qazıyev bir çox sənətkarla teatrın təşkil edilməsi ideyasını irəli sürüb: “Şur”da bu muğamı ən yaxşı ifa edən 4 xanəndə - Arif Babayev, İslam Rzayev, Əbülfət Əliyev, Əlibaba Məmmədovu çəkdik. Həmin dövrlər muğam sənəti demək olar ki, unudulurdu. Elə o vaxtdan bu barədə düşünürdük. 1987-ci ildə hökumət 64 nəfərdən ibarət Muğam Teatrının yaradılması haqqında qərar verdi. Direktor və bədii rəhbər vəzifəsi mənə tapşırıldı. İslam Rzayev, Ramiz Mirişli, Aftandil İsrafilovla “Çinar” çayxanasında görüşüb Muğam Teatrı haqqında planlar qururduq. 1988-ci ildə isə Karvansarayın içində bizə bir məkan ayrıldı. Çox bərbad halda idi, təmir etdirib orada fəaliyyətə başladıq və ilk dəfə “Şur” muğam-tamaşasını nümayiş etdirdik”.
URL / WWW
http://kelam.az/news/a-6619.html