Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İmişlidə baş verən yol qəzasında ata və oğul ölüb
06.08.12 15:54

İmişli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə “KƏLAMİNFO”ya İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 63-cü kilometrliyində İmişli rayonunun Əlyetməzli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhəri, Əmircan qəsəbəsində yaşayan Zakir Xanlarov idarə etdiyi “Opel Astra” markalı avtombillə İmişli istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan çıxıb və dərəyə yuvarlanıb. Hadisə zamanı sürücü və onun yanında olan oğlu, 24 yaşlı Samir Xanlarov aldıqları bədən xəsarətlərindən dunyasını dəyişiblər. Faktla bağı araşdırma aparılır.
URL / WWW
http://kelam.az/news/a-6616.html