Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Məleykə Abbaszadə: “Valideynlərdən tələb edirəm: belə etməyin...”
03.08.12 19:58

“Təəssüf ki, hələ də ali məktəblərə qəbul zamanı əksər valideynlər ixtisas seçimini abituriyentlərə diktə edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.O qeyd edib ki, əksər hallarda imtahanlarda yüksək bal toplayan abituriyentlərin valideynləri uşaqlarına ixtisas seçimi zamanı mane olurlar: “Biz demirik ki, ixtisas seçimində valideynin müdaxiləsi qadağandır, amma bu, məsləhət formasında olmalıdır, diktə formasında yox. Çünki o balı toplayan abituriyent özüdür, ixtisas seçimində də son qərarı özü verməlidir. Çünki gələcəkdə seçdiyi ixtisası istehsalatda o özü istifadə edəcək, valideyni yox. Əgər abituriyent məcburi ixtisasa cəlb olunubsa, ondan həmin ixtisasda gələcəkdə hansı peşəkarlığı gözləmək olar? Əgər abituriyent özünü xarici dil ixtisasında görmək istəyirsə, ondan məcburi necə hüquqşünas ola bilər? Ona görə də valideynlərdən tələb edirəm: belə etməyin, abituriyentlərə seçim azadlığı verin”. Komissiya sədri həmçinin deyib ki, bəzi ixtisas qruplarında keçid balının aşağı salınması abituriyentlərə təhsil almaq üçün şans yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, hazırda fəaliyyəti dayandırılan bəzi qeyri-qanuni ali təhsil müəssisələri ötən illərdə aşağı balla qəbul elan edirdilər, sonradan isə həmin şəxsləri diplomla təmin edə bilmirlər: “Biz aşağı bal toplayan abituriyentlərə qanuni yolla təsərrüfat sahəsində olan ixtisasları seçməyi tövsiyə edirik”.
URL / WWW
http://kelam.az/news/a-6608.html