Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əlillərin bərpa-müalicəsi Bolqarıstanda da təşkil olunacaq
03.08.12 19:58

Avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstanna yola salınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək. Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə bu gün keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.
URL / WWW
http://kelam.az/news/a-6605.html