Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səttar Mehbalıyev: Azərbaycanda işsiz vətəndaşların sayı 250 mindən çoxdur
31.07.12 19:53

Bu gün Azərbaycanda işsiz vətəndaşların sayı 250 mindən çoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfransda çıxışı zamanı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. O qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub: “İşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub. Azərbaycanda gənclərin sayı sürətlə artır. Bu gün əhalinin 35 faizi 16-35 yaş arasında olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir”. S.Mehbalıyev MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışaraq deyib ki, bir çox ölkədə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur: “Bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir”.
URL / WWW
http://kelam.az/news/a-6574.html