Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hər il 150-dən çox azərbaycanlı müəllimin Türkiyədə istirahəti təşkil olunur
31.07.12 19:53

“Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Türkiyənin Həmkarlar İttifaqı konfederasiyalarından biri ilə (Türkiye Devrimcin Sendikaları Konfederasiyonu) iki ölkə vətəndaşlarının qarşılıqlı istirahətinin təşkil edilməsi işinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Türkiye Devrimcin Sendikaları Konfederasiyonunun Beynəlxalq əlaqələr idarəsinin müdiri Kıvanc Eliaçık bildirib.O qeyd edib ki, Azərbaycan və Türkiyənin onun təmsil etdiyi Konfederasiya arasında imzalanmış anlaşmaya əsasən qarşılıqlı tədris mübadilələri, konfransların keçirilməsi ilə yanaşı, bir sıra peşə sahiblərinin qonşu ölkədə istirahətinin təşkili nəzərdə tutulub. Onun sözlərinə görə, hər il 150-dən çox azərbaycanlı müəllimin Türkiyə istirahət mərkəzlərində istirahəti təşkil olunur: “Bu rəqəm gələcəkdə daha çox olacaq”. K.Eliaçık deyib ki, istirahət üçün göndərilən müəllimlərin yol xərclərini çalışdıqları müəssisələrin həmkarlar ittifaqları, istirahət xərclərini isə qarşılıqlı əməkdaşlıq qurulan Türkiyənin müvafiq həmkarlar ittifaqları təşkil edir: “Türkiyədə Azərbaycandan fərqli olaraq müxtəlif sahələr üzrə ayrı-ayrı həmkarlar ittifaqı fəaliyyət göstərir. Bizim ölkədə hazırda 4 həmkarlar ittifaqı var ki, bunlardan biri də bizim təşkilatdır. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hər biri ilə ayrılıqda əməkdaşlıq edir və bizimlə də görüləcək layihələr çoxdur”.
URL / WWW
http://kelam.az/news/a-6572.html