Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda və Abşeronda şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
27.07.12 19:20

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. “KƏLAMİNFO” Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.
URL / WWW
http://kelam.az/news/a-6551.html