Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK sədri orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixi və yeri haqda danışıb
27.07.12 19:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumat verən TQDK sədri bildirib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının sentyabrın 1-2-də keçirilməsi gözlənilir.
M.Abbaszadə deyib ki, orta ixtisas təhsili müəssisələrinə müsabiqə vəziyyəti ildən-ilə artır. “Bu il ötən ilə nisbətən 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yerin artıq olduğunu, imtahan keçiriləcək regionların sayı və hansı regionlarda imtahan keçiriləcəyi 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatdıqdan sonra müəyyən ediləcək” - deyən sədr imtahanlar daha çox regionlarda keçirilməsinə çalışacaqlarını bildirib: “Hətta iri kəndlərdə də imtahan keçirməyi planlaşdırırıq. 9 illik bazada texnikumlara imtahan verənlər daha çox yeniyetmə uşaqlardır. Ona görə də həmin uşaqlar və onların valideynlərinin imtahanlara daha asan getməyini istəyirik”.
URL / WWW
http://kelam.az/news/a-6544.html