Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Daşkəsəndə “N” saylı Hərbi Hissədə baş verən hadisə Milli Məclisdə müzakirə olundu
01.02.10 21:34

Daşkəsəndəki “N” saylı Hərbi Hissədə baş verən hadisə hamını narahat edir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. Baş vermiş hadisə ilə bağlı ciddi iş görüldüyünü diqqətə çatdıran Z.Əsgərov hadisədən sonra müdafiə nazri Səfər Əbiyevlə əlaqə saxladığını vurğulayıb. “Faciə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Hadisə yerinə komisisya göndərilib. Hesab edirəm ki, hadisə ilə bağlı ciddi tədbirlər görüləcək”,-deyə Z.Əsgərov vurğulayıb. Deputat İqbal Ağazadə isə baş verən hadisə ilə bağlı müdafiə nazirinin Milli Məclisə çağırılmasını tələb edib. Onun sözlərinə görə, Daşkəsəndə baş verən hadisə mahiyyət etibarı ilə orduda olan vəziyyətin neqativ göstəricisidir. “Azərbaycan ordusu dövlətin qarantıdır. Bu sahəyə ciddi nəzarət olunmalıdır. Dəfələrlə belə hadisələr baş verib. Bu, bütün vətəndaşları narahat edir”,-deyə deputat vurğulayıb. Millət vəkili İkram İsrafil isə orduda baş verən son hadisənin hamını sarsıtdığını bildirib. O, hadisə yerinə deputat nümayəndə heyətinin ezam olunmasını təklif edib.
URL / WWW
http://kelam.az/news/a-652.html