Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İranın təhsil naziri: “Eə etməliyik ki, hər iki xalq bir-birinə çox mehriban baxsın”
13.07.12 20:53

Bu gün təhsil naziri Misir Mərdanov iranlı həmkarı Həmidrza Babayi ilə görüşüb. “KƏLAMİNFO”un məlumatına görə, görüşdə M.Mərdanov deyib ki, İrandan Azərbaycanda və ölkəmizdən İranda çoxsaylı tələbə təhsil alır. Azərbaycanın verdiyi diplomun İranda tanınması ilə bağlı demək olar ki, heç bir problemin olmadığını diqqətə çatdıran nazir əlavə edib ki, əsas ciddi problem orta məktəblərdə dərsliklərlə bağlıdır: “Qərara gəlinib ki, bu məsələ ilə bağlı hər iki ölkənin Təhsil nazirlikləri birgə komissiya yaratsınlar. Artıq Azərbaycan həmin komissiyanı yaradıb. Sizdən də cavab gözləyirik. Düşünürəm ki, problemi bu yolla həll edə bilərik. Yəni hər iki tərəfdən olan komissiyanın ortaq rəyi ilə verilən qərar bu problemi həll edə bilər”. İki ölkə arasında yaxşı münasibətləri istəməyən qüvvələrin olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, problemləri hər iki tərəf birgə həll etməlidir və imkan vermək lazım deyil ki, kənardan müdaxilə edən olsun. Azərbaycana səfərinin təhsillə bağlı deyil, siyasi məqsəd daşıdığını açıqlayan H.Babayi Azərbaycanın gözəlliyi və insanların mehribanlığını yaxından görməyə sevindiyini deyib: “Ölkələrimizin uğuruna sevinirik. Hər iki ölkə müştərək tarix, dil, mədəniyyətə malikdir. Hər iki ölkə Qoşulmama hərəkatının üzvüdür. Elə hərəkət etməliyik ki, bir-birimizə daha da yaxın olaq. Təbii ki, nə qədər müştərək tellər çox olsa, düşmənlərimiz də çox olacaq”. İki ölkə arasında problemlərin olduğunu istisna etməyən nazir əməkdaşlığa yüksək səviyyədən baxmağın vacib olduğunu söyləyib: “Bir şeyi nəzərə almalıyıq və elə etməliyik ki, hər iki xalq bir-birinə çox mehriban baxsın”. Ölkəsinin təlim-tərbiyə sistemi tarixində bir sıçrayış və böyük dəyişikliklər ərəfəsində olduğunu xatırladan nazir bildirib ki, təhsildə böyük dəyişikliklər aparmaq üçün 600 alim 8 il tədqiqat aparıb. “İki ildə çalışıldı ki, nəticələr təsdiq olunsun. Ona görə də bu il təlim-tərbiyə sahəsində ən ağır ildir” deyən nazir əlavə edib ki, hər il İranda 1150 adda 142 milyon kitab çap olunur. O, bir sıra sahələrdə ikitərəfli təcrübə mübadiləsi və əməkdaşlıq etməyin vacibliyini deyib.
URL / WWW
http://kelam.az/news/a-6497.html