Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Çinin Təhsil nazirlikləri saziş imzalayıb
13.07.12 20:53

Bu gün Azərbaycan Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. “KƏLAMİNFO” xəbər verir ki, sazişi təhsil naziri Misir Mərdanov və Çinin ölkəmizdəki səfiri Honq Juyin imzalayıb. Sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi məsələləri nəzərdə tutulub. Qeyd edək ki, hazırda Çin universitetində 31 nəfər azərbaycanlı gənc dövlət xətti ilə təhsil alır. Bu vaxtadək Çində təhsil alanların 17-si məzun olub. Çindən 16 nəfər Azərbaycan tərəfinin təqaüdü hesabına təhsil alır. Hazırda isə ümumilikdə Azərbaycanda 207 nəfər Çin vətəndaşı təhsil alır.
URL / WWW
http://kelam.az/news/a-6495.html