Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakı Peşə Liseyinin emalatxanasında Peşə Tədris Resurs Mərkəzi yaradılacaq
11.07.12 20:00

Təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil naziri son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın yaradıldığından bəhs edib. J.Bulos təmsil olunduğu şirkətin dünyanın bir neçə ölkəsində təşkil etdiyi peşə təlimi mərkəzləri barədə məlumat verərək Azərbaycanda da belə bir mərkəz yaradılması təklifi ilə çıxış edib. Ölkəmizdə fəaliyyət göstərən bir neçə ilk-peşə ixtisas təhsili müəssisəsi ilə tanış olduqlarını nəzərə çatdıran qonaq 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasında qaynaqçı ixtisası üzrə müasir tipli Peşə Tədris Resurs Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etdiklərini açıqlayıb. M.Mərdanov qonağın irəli sürdüyü təklifi yüksək dəyərləndirdiyini qeyd edib. Nazir yeni mərkəzin açılması, layihənin səmərəli həyata keçirilməsi ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini bildirib. Qeyd edək ki, Konsolideyted Kontraktors Beynəlxalq Şirkəti Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisində iştirak edib.
URL / WWW
http://kelam.az/news/a-6479.html