Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Daha 4 kollecin fəaliyyəti “kafi” qiymətləndirilib
09.07.12 20:07

Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda aparılan akkreditasiyaların nəticələri barədə məlumat verilib. Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov müvafiq təhsil müəssisələrində aparılan araşdırmalarla bağlı fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib. Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, qeyd olunan kolleclərin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
URL / WWW
http://kelam.az/news/a-6459.html