Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU ilə MDU arasındakı müqavilə yeniləndi
09.07.12 20:07

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Antonoviç Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar. V.Sadovniçi “BDU-nun fəxri qonağı” adına layiq görülüb və o, BDU-ya xeyli sayda kitab hədiyyə edib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri, prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.
URL / WWW
http://kelam.az/news/a-6458.html