Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Eyyub Hüseynov: Komitənin “halal” standartı normalara cavab verməsə, onun antireklamını aparacağıq
06.07.12 20:39

“Bir çox ölkədə, o cümlədən Ermənistanda “halal” standartı adı altında satılan mallar görmüşəm. Bu standartın normalarını öyrənmək və araşdırmaq üçün Malayziya, İndoneziya, İsrail və başqa ölkələrlə danışıqlar aparmışıq. Türkiyədə xüsusən bu işdə maraqlı olan dini qurumlarla danışıqlar aparırıq. Bu məsələ ilə bağlı çoxsaylı görüşlərdə mənə verilən məlumatlar belə olub ki, bu vaxta qədər adı çəkilən müsəlman ölkələrində də “halal” standartını yaratmaq mümkün olmayıb. Türkiyəli həmkarlarımla söhbətdə belə qərara gəlinib ki, “halal” standartı “hasp” standartı üzərində yaranmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan bazarlarındakı mövcud vəziyyət, o cümlədən keyfiyyət, qiymət və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. E.Hüseynov bildirib ki, “hasp” məhsulun tarladan istehlakçının stolunun üstünə çatdırılmasına kimi izlənməsi standartıdır: “Məsələn, İsraildə dini inancları olanlar “halal” malların üzərində nəzarət edirlər. Tarladan istehlakçıya çatdırılanadək bu işə nəzarət edirlər. İndi mən bilmirəm, əgər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tarladan istehlakçının stolunun üstünə qədər olan nəzarət yaradıbsa, bu, yaxşı işdir və bir yenilik olar” deyən E.Hüseynov əlavə edib ki, bu vaxta qədər “hasp” standartı Azərbaycanda yalnız kürü, balıq və qoz-fındığa verilib. Komitənin “halal” standartı ilə tanış olmadıqlarını diqqətə çatdıran E.Hüseynov bildirib ki, əgər həmin standart müvafiq normalara cavab verməsə, onun antireklamını aparacaqlar. Qeyd edək ki, SMPDK bu günlərdə açıqlayıb ki, bu aydan ərzaq məhsullarına “halal” standartı tətbiq olunacaq.
URL / WWW
http://kelam.az/news/a-6451.html