Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda dahi bəstəkar Qara Qarayevin yubileyi qeyd olunacaq
01.02.10 21:34

Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Mərasimdə bəstəkarlardan Azərbaycanın xalq artisti Musa Mirzəyevin, əməkdar incəsənət xadimi Asya Sultanovanın, Qara Qarayevin oğlu Fərəc Qarayevin çıxışları nəzərdə tutulub. Tədbirdə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin Sankt-Peterburqdan Azərbaycana gətirilmiş irsinin bir hissəsi barədə məlumat verəcək. İştirakçılara Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı da təqdim olunacaq.
URL / WWW
http://kelam.az/news/a-644.html