Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Həsənov: “QHT-ləri özümüzə tərəfdaş görürük”
02.07.12 21:41

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir. Toplantıda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi məqsədilə dövlətin bilavasitə təşəbbüsü sayəsində bir sıra mühüm addımlar atılıb. “Bu işlər həm qanunvericilik, həm də struktur sahəsində görülüb. Hazırkı vəziyyət bizə bu görüşün, o cümlədən bundan sonrakı səmərəli əməkdaşlığın aparılmasına kömək edəcək” - deyə A.Quliyev vurğulayıb. Ə.Həsənov isə deyib ki, görüş sözün həqiqi mənasında tam şəffaf, səmimi bir şəraitdə keçiriləcək. “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərinin reallaşdıran, ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır. “Bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir. Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydə alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir” - deyə o əlavə edib. PA rəsmisi onu da qeyd edib ki, bu görüş ölkə başçısının təşəbbüsü ilə keçirilir. Daha sonra görüş mətbuatın iştirakı olmadan qapalı davam edib.
URL / WWW
http://kelam.az/news/a-6402.html