Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MHP İstanbulda “Azərbaycan Türklərindən üzür istəyirik” adlı imza kampaniyasına başlayıb
28.10.09 21:16

Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul Fatih təşkilatı Türkiyə və Ermənistan arasında imzalanan protokolları protesto etmək üçün “Azərbaycan Türklərindən üzür istəyirik” adlı imza kampaniyasına başlayıb. MHP-dən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, İstanbulun mərkəzində təşkil olunan kampaniyada on minlərlə insanın imzası toplanıb. İmza kampaniyası 10 gün davam edəcək. Kampaniyada bildirilir ki, son günlər iki qardaş ölkənin arasını vurmaq üçün çox yönlü oyunlar oynanılır, “Bir millət iki dövlət” anlayışı təhqir olunur. Qeyd olunur ki, Çanakkalə savaşında 3500 azərbaycanlı Anadolunu qorumaq üçün şəhid olub. Bunların qarşılığında biz Azərbaycan torpaqlarını işğal edənlərlə anlaşırıq. Kampaniyanın mətnində bildirilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan sözdə soyqırım iddialarından əl çəkməli, bunu bütün dünyaya bəyan etməlidir. Ermənistanın Konstitusiyasından Türkiyənin torpaq bütünlüyünü şübhə altına alan maddə çıxarılmalı, Ağrı dağına sahib çıxma iddiaları aradan qaldırılmalıdır. Nəhayət Türk torpağı Qarabağdakı erməni-rus işğalına son verilməli, Qarabağdan silah gücünə çıxarılan 1 mln. azərbaycanlı öz torpaqlarına qayıtmalıdır. MHP bildirir ki, bunlar olmadığı təqdirdə, tək tərəfli barışın əldə olunması mümkün olmayacaq. “Çanakkalə savaşında 3500 azərbaycanlı şəhid olub, biz isə Azərbaycan torpağını işğal edənlərlə anlaşırıq, bundan dolayı Azərbaycan türklərindən üzür diləyirik! Üzür diləyirik, çünki AKP-nin Ermənistan açılımının tamamən qarşısındayıq!”,-deyə məlumatda bildirilir.
URL / WWW
http://kelam.az/news/a-64.html