Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DSX-nin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb
29.01.10 21:06

Ötən il dövlət büdcəsindən Dövlət Sərhəd Xidmətinə ayrılan malliyə vəsaitləri hesabına maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2009-cu ildəki xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş kollegiya iclasında Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev məlumat verib. E.Quliyev ötən il 164 bina, o cümlədən Sərhədçi İdman Olimpiya Kompleksi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzində üstüörtülü manejin və yeni açıq yarış meydanının istifadəyə verildiyini bildirib. O, həmçinin ötən il ərzində Göytəpə Sərhəd Dəstəsi Qarnizonu, 22 ədəd sərhəd komendatlığı və sərhəd zastavası, 2500 nəfərlik Təlim Mərkəzi Kompleksi, Akademiya Kompleksi, Sahil Mühavizə Bazasının dəniz limanı, Sanqaçal qəsəbəsində Mərkəzi Anbarlar Kompleksinin inşası və əsaslı təmirinin aparıldığını vurğulayıb. E.Quliyev qeyd edib ki, ötən il Dövlət Sərhəd Xidməti beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə əməkdaşlığını daha da artırıb. Onun sözlərinə görə, NATO, Avropa İttifaqı, ATƏT, BMT, GUAM kimi beynəlxalq təşkilatlar və dünyanın nüfuzlu ölkələri ilə əməkdaşlığı davam etdiriblər.
URL / WWW
http://kelam.az/news/a-639.html