Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Musa Qasımlı: “Böyük dövlətlərin məqsədi münaqişənin ədalətli həlli deyil”
21.06.12 19:25

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli il’ bağlı son bəyanatı əvvəlkilərdən heç nə ilə fərqlənmir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib. O qeyd edib ki, həmsədr ölkə prezidentləri eyni bəyanatı demək olar ki, hər il təkrarlayır, qəti münasibət bildirmirlər. “Ötən il may ayında da “G-20”-nin Fransada toplaşdığı dövrdə eyni səpgili bəyanat olmuşdu və bu bəyanatın münaqişənin həlli prosesinə zərrə qədər də təsiri olmamışdı. Elə indi də o cürdür. Sadəcə, beynəlxalq vasitəçilər atəşkəsin intensiv pozulmasından narahat olublar, ona görə də belə bəyanatlarla çıxış edirlər. Böyük dövlətlərin məqsədi münaqişənin ədalətli həlli deyil, sadəcə, tərəfləri sakitləşdirməkdir” - deyə M.Qasımlı vurğulayıb. Deputat deyir ki, bu bəyanat da tərəfləri - Azərbaycan və Ermənistanı sakitləşdirməyə xidmət edir. “Yeni bir ideya yoxdur. Yeni ideya olmayınca da bölgədə gərginlik azalmayacaq” - deyə o əlavə edib. Qeyd edək ki, iyunun 18-də Meksikanın Los Kabos şəhərində “G-20”-nin növbəti toplantısı keçirilib. Həmin toplantıda Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda tərəfləri sülhə və qəti addım atmağa çağırırlar.
URL / WWW
http://kelam.az/news/a-6348.html