Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakı Dövlət Universiteti jurnalist dostlarını mükafatlandırdı
20.06.12 15:15

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyi və “Universitetin dostu” mükafatının təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr verən Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən bəhs edib. A.Məhərrəmov bildirib ki, Həsən bəy Zərdabi redaktoru olduğu “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu mətbu nəşr ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb. Jurnalistikanın ən təhlükəli, həm də çox şərəfli və məsuliyyətli peşə hesab edən A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsi qərarından, Azərbaycan jurnalistlərinə dövlət qayğısının artdığı son illərdə medianın cəmiyyət arasında mövqeyinin yüksəlməsindən danışıb. Akademik müasir medianın reallıqlarından da bəhs edib. BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik” mövzusunda məruzə edib. BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova universitet-mətbuat münasibətləri, rəhbərlik etdiyi şöbənin fəaliyyəti və “Universitetin dostu” mükafatının təsis edilmə zərurətindən bəhs edib. Tədbirdə BDU haqında obyektiv, dolğun və davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Space” Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, “Azad Azərbaycan” Teleradio yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, “Lider” TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Lent.az portalının baş direktoru Qabil Abbasoğluna “Universitetin dostu” mükafatı təqdim olunub. Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və davamlı yazılarına görə bir sıra informasiya agentlikləri, portallar və qəzetlərin əməkdaşlarına fəxri fərman və hədiyyələr verilib. Təltif edilənlər arasında “KƏLAMİNFO” İnformasiya Agentliyinin əməkdaşı da var.
URL / WWW
http://kelam.az/news/a-6336.html