Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyinə 15 məsələ daxil edilib
29.01.10 21:06

Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasının gündəliyinə 15 məsələ daxil edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. A.Nəsirov bildirib ki, iclasda əvvəlcə Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq. “İclasda həmçinin Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil olunması məsələsinə baxılacaq. “Polis haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanun layihələri müzakirə olunacaq. AR İnzibati Xətalar və Mülki-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək”,-deyə A.Nəsirov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-633.html