Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rektor imtahanların gedişini izləyib
19.06.12 19:38

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov 1 saylı İngilis dili və Regionşünaslıq fakültələrində keçirilən imtahanların gedişini izləyib. İzləmə prosesində universitetin prorektorları, Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradova və Qərargahın digər üzvləri iştirak edib. ADU-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, “Ölkəşünaslıq”, “Metodika”, “Azərbaycan Respublikasının xarici siyasəti”, “Beynəlxalq təşkilatlar”, “İngilis dili” və “Beynəlxalq təşkilatlar” fənlərindən keçirilən imtahanların gedişi ilə tanış olan rektor normativ sənədlərə baxış keçirib. O, universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdırıb. Qeyd edək ki, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-02, 440-35-05, 440-64-82 saylı şəhər və 141,146, 264 saylı daxili telefonları, eləcə də mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub.
URL / WWW
http://kelam.az/news/a-6325.html