Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rüstəm Usubov: “Ağır cinayətlərlə bağlı ciddi və hərtərəfli iş aparılır”
18.06.12 17:38

“Azərbaycanda cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Xüsusilə ağır cinayətlərlə bağlı ciddi və hərtərəfli iş aparılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokurorun müavini Rüstəm Usubov bildirib. O qeyd edib ki, il ərzində qəsdən adam öldürmə ilə bağlı cinayətlərin sayı 200-ə yaxın olur. “Əvvəlki illərdə açılmayan cinayətlərin sayı elə də böyük olmayıb. İldə təxminən 18 qəsdən adam öldürmə cinayəti bağlı qalır. Lakin növbəti illərdə də biz bunların açılmasına nail oluruq. Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarının koordinasiyası, peşəkar mütəxəssislərin fəaliyyəti nəticəsində bu cinayətlər açılır” - deyə R.Usubov vurğulayıb. Onun sözlərinə görə, bu il isə qəsdən adam öldürmə və açılmayan cinayətlərlə bağlı səmərəli işlər aparılıb. “Bu il qəsdən adam öldürmə ilə bağlı 4 cinayət faktı qeydə alınıb və açılması ilə bağlı işlər gedir. Sözsüz ki, hər bir ölümə cəhd hadisəsi və yaxud digər ağır cinayətlər hüquq-mühafizə orqanlarının rəhbərlərini çox narahat edir. Çalışırıq ki, bağlı qalan cinayətlər olmasın. Hesab edirəm ki, bağlı olan 4 cinayətin də bu il açılmasına nail olacağıq” - deyə baş prokurorun müavini bildirib. R.Usubov həmçinin deyir ki, qəsdən adam öldürmə qeyri-aşkarlıq şəraitində baş verir. “Onu da xatırladım ki, 1990-cı illərdə mütəşəkkil cinayətkarlıq var idi. Qəsdən adam öldürmələr və digər ağır cinayətləri həmin cinayətkar qruplar törədirdilər. İndi isə həmin mütəşəkkil qruplar Azərbaycanda yoxdur. Onların çoxunu biz həbs etmişik və bəziləri Azərbaycandan çıxıb gediblər. İndi törədilən hadisələr məişət zəminində baş verənlərdir ki, bunun da profilaktikasını aparırıq, cinayətin açılmasını təmin edirik və edəcəyik” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-6320.html