Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Murad Mərcan: “TBMM Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq”
28.10.09 21:16

Gələn il Azərbaycanda pensiyaların məbləği növbəti dəfə qaldırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib. S.müslümov qeyd edib ki, mövcud qanunvericiliyə görə, pensiyaların həm baza hissəsinin, həm də sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılacaq. Fond sədri pensiyaların konkret nə vaxt və nə qədər artırılacağı ilə bağlı məlumat verməyib. “Hazırda ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin dekabrına nisbətən aşağı düşdüyünə görə bu il pensiyanın məbləği artırılmayıb. Çünki buna mövcud qanunvericilik imkan vermir. Ancaq gələn il ölkədə cüzi də olsa, inflyasiyanın olacağı gözlənilir. Belə olan halda gələn il pensiyaların artırılması mütləq baş verəcək”,-deyə S.Müslümov vurğulayıb. Nümayəndə heyətinin rəhbəri M. Mərcan jurnalistlərə açıqlamasında bildirib ki, bu səfərdə məqsəd parlamentlər arası əlaqələri daha da gücləndirmək, Azərbaycan prezidenti ilə görüşüb, Türkiyə Böyük Millət Məclisinin mövqeyini nəzərə çatdırmaqdır. Bakıdakı Türk Şəhidliyində yenidən Türkiyə bayraqlarının dalğalanmasından məmnunluq duyduqlarını bildirən. M. Mərcan Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların onun rəhbərlik etdiyi Xarici əlaqələr komissiyasında nə zaman müzakirəyə çıxarılacağına da aydınlıq gətirib. M. Mərcan bildirib ki, protokolların nə zaman müzakirə olunacağını biz müəyyənləşdiririk. “İndiki məqamda bizim komissiyada 2000-ci ildən bəri gözləyən anlaşmalar da var. Bu protokolları imzalamaq üçün zaman məhdudiyyəti yoxdur. Hər zaman demişik ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq. Bunun üçün hamınızın əmin olması lazımdır”,-deyə komissiya sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-63.html