Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilib
13.06.12 16:17

Milli Məclisin bu gün keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklərə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunla məhkəmə, istintaq, təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada monitorinq orqanına, kommersiya hüquqi şəxsin digər təsisçilərinə və şəxsin razılığı ilə üçüncü şəxsə verilə bilər. Müzakirələrdən sonra qanuna dəyişikliklər səsə qoyularaq qəbul olunub.
URL / WWW
http://kelam.az/news/a-6294.html