Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gürcüstanda NATO bazası yaradıla bilər
29.01.10 17:33

Gürcüstan prezidenti Mixeil Saakaşvili ölkə ərazisində NATO bazasının yaradılması barədə Şimali Atlantika blokuna təklif ünvanlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, M.Saakaşvili Əfqanıstanda Taliban hərəkatına qarşı mübarizədə Gürcüstan ərazisindən NATO-nun istifadəsinə razılıq verib.
M.Saakaşvili ölkəsinin dəniz limanlarını da Şimali Atlantika bloku hərbi gəmilərinin istifadəsinə verməyə hazır olduğunu bildirib. NATO hərbi-nəqliyyat təyyarələri də Gürcüstanda hərbi-texniki yoxlamadan keçə və yanacaq doldura bilərlər. Pentaqonda bildriblər ki, prezident M.Saakaşvilinin təklifi barədə məlumatlıdırlar, lakin bu təklif hələlik ətraflı öyrənilməyib.
URL / WWW
http://kelam.az/news/a-629.html