Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Metronun “28 May” stansiyası təmirə dayanıb
11.06.12 19:52

Bakı Metropoliteninin “28 May” stansiyasının əsas giriş-çıxışı təmirə bağlanıb. “KƏLAMİNFO”ya metropolitendən verilən məlumata görə, stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Məlumatda bildirilir ki, təmir işləri bu gündən başlayaraq sentyabra qədər, yeni tədris ilin başlanmasınadək davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək. Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.
URL / WWW
http://kelam.az/news/a-6285.html