Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kaspi Təhsil Mərkəzi Almaniyada Beynəlxalq Yay Məktəbinə dəvət edir
08.06.12 15:22

Kaspi Təhsil Mərkəzi Almaniyanın Berlin şəhərində yay məktəblərini təşkil edir. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, yay məktəbinin proqramına peşəkar əcnəbi müəllimlər tərəfindən ingilis və alman dillərinin tədrisi, Almaniyanın tarixi və mədəniyyəti ilə yaxından tanışlığı, xarici dil biliklərinin təkmilləşdirilməsi və maraqlı yay istirahəti daxildir. Qeyd edək ki, 2 həftə müddəti olan proqrama 15 yaşdan yuxarı şəxslər 30 iyul tarixinədək müraciət etməlidirlər. Proqrama ingilis və alman dil kursları (seçimə görə), gəzinti turları, yataqxana və yerləşdirmə xidmətləri, hava limanında qarşılanma, gündə 3 dəfə yemək, viza alınması və qeydiyyat xidməti də daxildir.Xatırladaq ki, proqram müddətində iştirakçıların yerləşdirilməsi və dil kurslarının keçirilməsi Berlin şəhərində yerləşən “Youth Center” kollecində təşkil olunacaq. Əlavə məlumat əldə etmək üçün Kaspi Təhsil Mərkəzi ilə (+99412) 510-79-66 telefonu ilə əlaqə saxlaya və ya www.kaspi.edu.az saytına müraciət edə bilərsiniz.
URL / WWW
http://kelam.az/news/a-6262.html