Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YAP Gənclər Birliyi «Universal gənclik» layihəsi həyata keçirir
04.06.12 19:53

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni layihələrin icrasına başlayıb. Bunlardan biri də «Universal gənclik» layihəsidir. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, layihənin əsas məqsədi YAP Gənclər Birliyində daha aktiv fəaliyyət göstərən gənclər üçün müxtəlif istiqamətlərdə mühazirələr təşkil etməkdən ibarətdir. Mühazirələr ölkəmizin nüfuzlu elm xadimləri tərəfindən təqdim olunur. Layihə çərçivəsində ötən şənbə günü YAP Gənclər Birliyinin ofisində BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov «Dağlıq Qarabağ və erməni terrorizmi» mövzusunda mühazirə oxuyub. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb.
URL / WWW
http://kelam.az/news/a-6231.html