Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “İstanbul Fashion Show” geyim sərgisinin açılışı olub
28.01.10 19:40

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində ilk dəfə olaraq “İstanbul Fashion Show” geyim sərgisinin açılışı keçirilib. Sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya beynəlxalq sərgi şirkətindən bildiriblər. Sərginin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Məmmədəli Əfəndiyev iştirak edib. O, Türkiyənin geyim şirkətlərinin Azərbaycanda təşkilini yüksək qiymətləndirib. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə qardaş ölkədə bu cür sərginin keçirilməsinə çox əhəmiyyət verdiyini vurğulayıb. Xatırladaq ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində təşkil olunan “İstanbul Fashion Show” yanvarın 30-dək davam edəcək. Sərgi hər gün 10:00-dan 19:00-dək yerli əhalinin və iş adamlarının ixtiyarında olacaq. Sonuncu gün, yəni yanvarın 30-da satışın təşkili də nəzərdə tutulur. Məlumatda bildirilib ki, sərginin təşkilinə 500 min ABŞ dolları vəsait sərf olunub.
URL / WWW
http://kelam.az/news/a-623.html